İyulun 15-də Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə Avropa birinciliyinə start verilib. Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Universal Döyüş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 25 ölkədən 450-dək idmançı qüvvəsini sınayır. Avropa birinciliyində 14-15, 16-17 yaş qrupu üzrə idmançılar layt və klassik versiya üzrə bacarıqlarını nümayiş etdirirlər. Yarışda Azərbaycan 2 komanda ilə təmsil olunur. Qitə birinciliyinə iyulun 18-də yekun vurulacaq.
olimpnews.az