Monteneqroda keçirilən şahmat üzrə klublararası Avropa kuboku yarışlarına yekun vurulub. Qitə kubokunda debüt edən Azərbaycanın "Vüqar Həşimov” klubu son turda Avstriyanın "Rapid” komandasına 5:1 hesabı ilə qalib gələrək xalların sayını 10-a çatdırıb. Digər komandamız "Odlar Yurdu” isə Serbiyanın "Jelica” komandasını 3:1 hesabı ilə məğlub edib. Yekun nəticəyə görə "Odlar Yurdu” komandası 9 xalla 4-cü, "Vüqar Həşimov” klubu isə 10 xalla 10-cu yeri yeri tutub.
Qeyd edək ki, "Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, "Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparıblar.
Kişilərdən ibarət komandalar arasında 14 xalla İtaliyanın "Obiettivo Risarcimento” yığması Avropa kubokunu qazanıb. Qadın şahmatçıların yarışında isə Gürcüstanın "Nona” komandası 11 xalla birinci yeri tutub.