Aptekdən qayıdarkən qatar vurdu

Aptekdən qayıdarkən qatar vurdu

18 yaşlı ukraynalı boksçu Amina Bulax qatarın altında qalaraq dünyasını dəyişib. Hadisə Kiyev vilayətinin Tarasovka kəndinə baş verib. Belə ki, boksçu gecə radələrində qatar yolu ilə aptekdən evə qayıdırdı. İdmançının qulağında qulağcıq olduğu üçün gələn qatarın səsini eşitməyib.
Qeyd edək ki, Amina Bulax boks üzrə Ukrayna çempionu və Avropa çempionatının bürünc mükafatçısı idi.