MPK “HYATT REGENCY” şirkəti ilə əməkdaşlığa başlayır

MPK “HYATT REGENCY” şirkəti ilə əməkdaşlığa başlayır

Bu gün "HYATT REGENCY” otellər şəbəkəsinin Bakı nümayəndəliyinin baş direktoru Valter Qaq və şirkətin sağlamlıq klubunun meneceri Teymur Əhmədovu Milli Paralimpiya Komitəsində olublar. Qonaqları komitənin baş katibi Kamal Məmmədov qəbul edib. Əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə komitənin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri Rüfət Hacılı da, iştirak edib.
Sonra şirkət rəhbərliyi Azərbyacan Respublikası MPK prezidenti İlqar Rəhimovla görüşüb. Komitə prezidenti ilə görüşdə Valter Qaq qeyd edib ki, "HYATT REGENCY BAKU” şirkəti Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığa maraqlıdır. O, bildirib ki, bir həftə əvvəl "Yenilməzlər” beynəlxalq qala təqdimatının qonağı olub. Həmin tədbirin çox maraqlı olduğunu, "Yenilməzlər”də verilən mesajların doğruluğunu və Paralimpiya Komitəsi ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb. Rəhbəri olduğu otelin imkanlarından paralimpiyaçıların məşqləri və istirahəti üçün istifadənin mümkünlüyünü deyib.
İrəli sürülən təklifləri İlqar Rəhmov müsbət qarşılayıb. O, da MPK-nın şirkətlərlə belə əməkdaşlıqda maraqlı olduğunu və bu cür tədbirlərin ölkəmizdə korporativ sosial məsuliyyət dəyərlərinin inkişafına kömək edəcəyini qeyd edib.
Komitə prezidenti çıxışında gələn il Yaponiyada 16-cı Yay Paralimpiya Oyunlarının keçiriləcəyini, buna görə də 2020-ci ilin dünyada Olimpiya və paralimpiya ili olduğunu əlavə edib.
Görüş zamanı MPK və "HYATT REGENCY BAKU” şirkəti arasında anlaşma memorandumu imzalanmasına qərar verilib.