Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan Prezidentini təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Ölkənizin, cəmiyyətinizin və idmanınızın qazandığı nailiyyətlərə görə Sizi təbrik edirəm. Bütün bu illər ərzində Siz idmanın ölkəniz üçün prioritet olduğunu sübut etmisiniz və mən bunu yüksək dəyərləndirirəm. Azərbaycanda idmanın inkişafına və çoxsaylı beynəlxalq yarışların keçirilməsinə dövlət dəstəyi dünyanın idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Zati-aliləri, Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, bol-bol uğurlar arzulayıram"