Hokkeyçi prezidentə köynəyini bağışlayıb

Hokkeyçi prezidentə köynəyini bağışlayıb
"Vaşinqton Kepitalz” klubunun kapitanı Aleksandr Oveçkin həyat yoldaşı Anastasiya Şubskaya ilə ABŞ prezidenti Donald Trampın qonağı olub. Belə ki, hokkeyçi, prezidentin Mar-a-Laqo iqamətgahında katolik Miladının şərəfinə təşkil olunan şam yeməyində iştirak edib. Bayram hədiyyəsi olaraq isə, o, ABŞ-ın 45-ci prezidentinə öz idman köynəyini bağışlayıb.