Avropa kuboku turnirində ölkəmizi 12 sumoçu təmsil edəcək

Avropa kuboku turnirində ölkəmizi 12 sumoçu təmsil edəcək

Sabah Macarıstanın Erd şəhərində sumo üzrə Avropa kuboku start götürəcək. Qitə kubokunda Azərbaycanı 12 idmançı təmsil edəcək. Komandamız yarışda Azərbaycan Sumo Federasiyasının prezidenti Samir Abdullayevin rəhbərliyi altında mübarizə aparacaq. Turnirdə 2 hakimimiz ədaləti qoruyacaq.
Avropa çempionatına yanvarın 12-də yekun vurulacaq.