Faiq Qarayev «Acıbadem Fulya Hastanesi Sporcu Sağlıq Mərkəzi»ndə olub

Faiq Qarayev «Acıbadem Fulya Hastanesi Sporcu Sağlıq Mərkəzi»ndə olub


Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Acıbadem Fulya Hastanesi Sporcu Sağlıq Mərkəzini ziyarət edib. Federasiyadan olimpnews.az-a verilən xəbərə görə, Avropa çempionatı-2013-ə hazırlıq ərəfəsində Türkiyədə səfərdə olan AVF-in vitse-prezidenti və voleybol üzrə qadınlardan ibarət Milli komandanın baş məşqçisi F.Qarayev federasiyaya sponsorluq edən "Acıbadem Sağlık Grubu”nda olub.
Vitse-prezident Türkiyə sağlıq mərkəzinin müdiriyyəti və mütəxəssislərlə görüşüb. Onlarla görüşündə Acıbadem Fulya Hastanesi Sporcu Sağlığı Mərkəzində tətbiq olunan müalicə üsulları və səhiyyə texnologiyalarının yüksək standartlara cavab verdiyini bildirən Qarayev deyib: "Acıbadem Sağlık Grubu bizim rəsmi sponsorumuz oldu və biz bununla əlaqədar olaraq çox şadıq. Mütəxəssislərdən aldığım məlumatlarla burada göstərilən xidmətin necə yüksək səviyyədə olduğunun bir daha şahidi oldum. Bu sponsorluğun Azərbaycanın voleybol özrə qadınlardan ibarət milli komandaya çox böyük dəstək olacağını düşünürəm”.
Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı olan Oksana Parxomenko "Acıbadem Fulya Hastanesi Sporcu Sağlığı Mərkəzində müayinə olunub. Qeyd edək ki, milli komandamızın oyun qurucusu olan Oksana Avropa Çempionatına hazırlıq ərəfəsində Türkiyə Milli komandası ilə keçirdiyimiz yoldaşlıq görüşündə dizindən zədə almışdı.


olimpnews.az