Ölkəmizdə Paralimpiya hərəkatı geniş təbliğ olunur

Ölkəmizdə Paralimpiya hərəkatı geniş təbliğ olunur


Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2013 /2016 - cı illəri əhatə edən stratejı fəaliyyət planına uyğun olaraq respublikamızda paralimpiya hərəkatının genişləndirilməsi məqsədi ilə komitə tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Paralimpiya komitəsindən olimpnews.az-a daxil olan xəbərə görə, tədbirlər sırasında bu günlərdə Naxçıvan Muxtar Respublikasında Qolbol üzrə idman komandası yaradılıb. Bu məqsədlə Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə iki məşqçisi 10 gün müddətinə Naxçıvan MR Paralimpiya federasiyasına ezam ediliblər. Federasiya rəhbərliyinin köməyi sayəsində adıçəkilən idman növü üzrə məşqçi müəyyən edilərək təlimatlandırılıb və 6 nəfər əlil idmançıdan ibarət komanda formalaşdırılıb. İlin sonunadək Naxçıvan MR- da qolbol idman növü üzrə beynəlxalq turnirin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, qolbol idman növü görmə məhdudiyyətli insanlar üçün nəzərdə tutulub. Oyunun strukturu belədir: iki rəqib komanda çıxış edir, hər komandada üç nəfər oyunçu olur. Oyunda məqsəd içində zınqırov yerləşdirilmiş xüsusi topu rəqibin komandanın qapısından keçirməkdir.
Qeyd edək ki, bu idman növündə müxtəlif tip görmə məhdudiyyəti olan insanlar çıxış edə bilərlər. Oyunun ədalətli keçməsi üçün çıxış edən idmançı gözlərinə qara gözlük taxır. Hər komandada 3 nəfər əsas və 3 nəfər ehtiyat oyunçu olmalıdır. Məqsəd içində zınqırov yerləşdirilmiş xüsusi topu rəqibin komandanın qapısından keçirməkdir.

Milli Paralimpiya Komitəsinin vətbuat xidməti