"Azəryol” klubu növbəti transferini həyata keçirib. Braziliyalı Ancelo Vercesinin rəhbərlik etdiyi komanda bu dəfə Lora Kitipovanın köməyindən istifadə edəcək. 22 yaşlı bolqarıstanlı oyunçu ilə1 illik müqavilə imzalanıb. 183 sm boya malik voleybolçu Almaniyanın "Ştutqart” komandasında çıxış edirdi. Qeyd edək ki, "Azəryol” daha əvvəl Cessika Cons, Tom Loqan (hər ikisi ABŞ), Lizvel Eliza Eve-Kastilyo (Dominikan Respublikası), Polina Rəhimova, Oksana Parxomenko, Kseniya Kovelenko, Yana Ağayeva, Odina Əliyeva və Valeriya Korotenko (hamısı Azərbaycan) ilə də müqavilə bağlayıb.