Azərbaycan alpinistləri üç zirvəyə ekspedisiyaya başlayıblar

Azərbaycan alpinistləri üç zirvəyə ekspedisiyaya başlayıblar


Ötən həftənin sonunda Azərbaycan dağçıları Sirxan Məmmədov və Firuz Dadaşov Bişkekə (Qazaxıstan) yola düşüblər. Azərbaycan Alpinizm Federasiyasından verilən məlumata görə alpinistlər vertalyotla Cənubi İnılçek buzlağında yerləşən baza düşərgəsinə çatdırılıblar. Avqustun sonunadək alpinistlərimiz "Xan Tenqri” və "Qələbə” zirvələrinə yürüş etməyi planlaşdırırlar. Qeyd edək ki, millinin üzvləri Sirxan Məmmədov və Firuz Dadaşov Pamir və Tyan-Şanın ən yüksək zirvələrinə 2010, 2011 və 2012-ci illərdə uğurlu yürüşlər ediblər. İdmançılarımız adıçəkilən zirvələri fəth edəcəyi təqdirdə "Snejniy Bars” ("Qar bəbiri”) tituluna sahib olacaqlar. Məlumat üçün bildirək ki, bu titula sahib olmaq üçün Mərkəzi Asiyanın ən hündür beş zirvəsini fəth etmək lazımdır. Bu zirvələr "Xan Tenqri”(7010 m), "Qələbə”(7439 m), "Lenin”(7134 m), "Korjenevskaya”(7105 m), "Kommunizm”dir (7495 m). "Qar bəbiri” adına yarıməsr ərzində 621 alpinist layiq görülüb. Xatırladaq ki, Azərbaycan tarixində bu titula ilk dəfə 2009-cu ildə İsrafil Aşurlı layıq görülmüşdür.