Avropa Triatlon İttifaqı qadın idmançıların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının üzvü Kseniya Levkovskaya reytinq cədvəlində mövqeyini qoruyub. Belə ki, hesabında 1415 xal olan təmsilçimiz 47-ci pillədə qərarlaşıb.
Reytinq cədvəlinin ilk üç pilləsində Böyük Britaniya təmsilçiləri – Corciya Teylor-Braun, Cessika Lernmos və Viki Holland yer alıblar.
Triatlonçumuz mövqeyini qorudu
