Fransalı voleybolçular yığmamızla üz-üzə gəliblər

Fransalı voleybolçular  yığmamızla üz-üzə gəliblər

Iyul ayının 26-dan paytaxtımızda qonaq olan  Fransanın voleybol üzrə qadınlardan ibarət yığması  milli komandamızla iki yoldaşlıq görüşü keçirib. İyulun 28-də  millimizin əvəz edici heyyəti Fransa yığmasına 3-2 hesabı ilə qalib gəlib. İyul 29-da isə  komandamızın əsas heyyəti 3-1 hesabı ilə üstün olub .
Qeyd edək ki, avqustun 2-nə kimi komandalar arasında  daha 2 yoldaşlıq görüşü keçiriləcək. İdmansevərlər voleybolçularımızın  görüşlərinə  iyulun 31-də  və avqustun 1-də  Dərnəgül Voleybol Mərkəzində saat 18:00-da tamaşa edə bilərlər. 
Qeyd edək ki,yığmamız sentyabr ayında Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.