İkiqat olimpiya çempionu Evgeni Plüşenko Rusiya yığmasının Fiqurlu konkisürmə üzrə məşqçisi təyin edilib. Bildirilir ki, E.Plüşenko hazırda milli komanda ilə işləyən mütəxəssislərdən biridir. İdmançının əsas fəaliyyət məkanı Rusiya yığma komandalarının idman hazırlığı mərkəzidir. İdmançının Rusiya millisinin məşqçisi seçilməsi, onun akademiyasına yeniyetmələr arasında ikiqat dünya çempionu Aleksandra Trusovanın, digər yerli mütəxəssis Eteri Tütberidzenin qrupundan keçməsindən sonra olub. Bundan əlavə isə o, 2017-ci ilin aprel ayından “Plüşenkonun mələkləri” adlı fiqurlu konkisürmə akademiyasını təsis edib.
İkiqat Olimpiya çempionu millinin məşqçisi olub