2021-ci ilin oktyabrın 26-27-də Seulda Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası keçiriləcək.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, oktyabrın 26-da MOKA-nın mükafatlarının təqdimatına həsr olunmuş gecə də keçiriləcək. MOKA-nın mətbuat xidmətinin açıqlamasında Koreya Respublikasının Olimpiya Komitəsinə bu sahədə gərgin və səmərəli fəaliyyətinə görə minnətdarlıq bildirilib.
Qeyd edək ki, mayın 18-də təşkilatın Baş Assambleyasının 2021-ci ilə təxirə salındığı məlum olub. Bu tədbirin əvvəlcə, noyabrın 25-26-da keçirilməsi planlaşdırılırdı.
MOKA 1979-cu ildə yaradılıb. Təşkilatın məqsədi Milli Olimpiya komitələrinin maraqlarını qorumaqdır. 2019-cu ildən etibarən Dünya Çimərlik Oyunları onun himayəsi altında keçirilir.
MOKA-nın Baş Assambleyası Seulda keçiriləcək