Avropa Olimpiya Komitələrinə yeni prezident seçkisinin vaxtı açıqlandı

Avropa Olimpiya Komitələrinə yeni prezident seçkisinin vaxtı açıqlandı

Avropa Olimpiya Komitələrinə (EOC) prezident seçkilərinin vaxtı müəyyənləşib.
Bu barədə TASS-a EOC-un Rabitə və media şöbəsinin nümayəndəsi Donatella Del Qaudio bildirib.
O deyib ki, seçki qurumun 2021-ci ilin payızında ümumi yığıncağında olacaq: "EOC-un nizamnaməsinə uyğun olaraq, təşkilatın birinci vitse-prezidenti Nils Nyoqor növbəti ilin payızınadək müvəqqəti prezident vəzifəsini icra edəcək".
Qeyd edək ki, EOC-un prezidenti Yanez Koçiyançiç 79 yaşında dünyasını dəyişib. O, 2017-ci ildən qurumun prezidenti idi.