MDB oyunlarının qaydaları müzakirə olunacaq

MDB oyunlarının qaydaları müzakirə olunacaq

Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin idman məsələlərindən məsul nazirləri MDB ölkələri oyunlarının keçirilmə qaydalarını müzakirə etmək üçün iyunun sonu - iyulun əvvəlində videokonfransda iştirak edəcəklər.
Bu barədə Rusiya Federasiyası Tatarıstan Respublikasının İdman naziri Vladimir Leonov TASS agentliyinə açıqlamasında deyib.
MDB ölkələri oyunları avqustun 20-dən 27-dək Kazanda keçirilməli olsa da, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb. Yarışın sentyabrın 4-dən 11-dək keçirilməsi planlaşdırılır. Turnirdə 230 dəst medal uğrunda 3,5 min idmançının iştirak edəcəyi gözlənilir.
Yarışlarda Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan və Ukrayna komandaları iştirak edəcəklər.
Yarışlar Tatarıstan paytaxtının 11 obyektində idmanın 19 növü üzrə keçiriləcək. İdmançılar cüdo, sambo, voleybol, çimərlik həndbolu, mini-futbol, boks, tay boksu, şahmat, rəqs idmanı, qılıncoynatma, karate, daşqaldırma, armsterlinq, mas-restlinq, idman güləşi, qurşaqtutma (koreş), yüngül atletika və basketbol (3x3) yarışlarında güclərini sınayacaqlar. Bundan əlavə, turnir çərçivəsində “MDB forumu – idman ərazisi” işgüzar proqramına start veriləcək.