Voleybolçumuz yenidən zədələnib

Voleybolçumuz yenidən zədələnib

Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan millisinin voleybolçusu Oksana Parxomenko yenidən zədələnib. Ötən mövsümün sonlarında meydana qayıdan 29 yaşlı kapitan Türkiyə yığması ilə yoxlama matçını vaxtından əvvəl tərk etməli olub.
Belə ki, 0:3 hesabı ilə məğlub olduğumuz görüşün gedişində Parxomenko zədə alıb. Yoxlanışdan sonra Oksananın ən azı 2 həftə komandasının hazırlığında iştirak edə bilməyəcəyi məlum olub.