Ölkəmizdə uşaq paralimpiyası müzakirə olunub

Ölkəmizdə uşaq paralimpiyası müzakirə olunub

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov ilə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin arasında onlayn formatda görüş keçirilib.
Görüşdə paralimpiya hərəkatı, uşaq paralimpiyası və müyəssərliyin təmin edilməsi mövzusunda birgə əməkdaşlığın istiqamətləri müzakirə olunub və gələcək işlər haqqında fikir mübadiləsi aparılıb.