Yeni reytinq cədvəli

Yeni reytinq cədvəli

Beynəlxalq Triatlon Şurası qadın idmançıların növbəti Olimpiya reytinq cədvəlini açıqlayıb. Azərbaycan milli komandasının üzvü Kseniya Levskovskaya reytinq cədvəlində 967 xalla 106-cı pillədə qərarlaşıb. Yığmamızın digər üzvü Darina Moskalenko isə 336 xalla 147-ci yerdədir.
Reytinq cədvəlinə ABŞ idmançısı Katya Zaferes liderik edir. İlk üçlüyü Böyük Britaniya təmsilçisi Corcia Teylor-Braun və ABŞ triatlonçusu Teylor Spivey qapayırlar.