“Telekom”dan növbəti addım

“Telekom”dan növbəti addım

"Telekom” növbəti transferini rəsmiləşdirib. Gənc və perspektivli voleybolçulara üstünlük verən Bakı təmsilçisi amerikalı Kersti Ceksonu da sıralarına qatıb. 23 yaşı sentyabrda olacaq oyunçu Fransanın "Quimper” klubundan transfer edilib. "Telekom” rəhbərliyi bu voleybolçu ilə 3 illik müqavilə imzalayıb. Cekson bu ilin may ayından etibarən öz ölkəsinin millisinə dəvət edilib. İyulun 13-də ABŞ kubokunun finalında Yaponiya ilə matçda debüt edən blokçu komandasının hesabına 10 xal yazaraq, onun çempionluğunda pay sahibi olub (3:2).
Qeyd edək ki, "Telekom” Kerstidən öncə Hayley Spelman, Monique Mead (hər ikisi ABŞ), Yudit Pumarieqa de Leon (Kuba) və Cessika Riveronu (İspaniya) da heyətinə cəlb edib.