Atletika üzrə nüfuzlu Berlin marafonu ləğv edilib. Almaniyadakı yarışın təşkilatçıları koronavirus pandemiyası səbəbindən builki marafonu keçirməməyə qərar veriblər. Qırx altı ildir fasiləsiz təşkil olunan yarış ilk dəfə keçirilməyəcək.
Qeyd edək ki, Berlin marafonu sentyabrın 26-27-nə planlaşdırılmışdı. Daha əvvəl isə ABŞ-da keçirilməsi planlaşdırılan Boston və Nyu-York marafonları da ləğv olunub.