Tokio Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışların keçirilməsi barədə yekun qərarın təxirə salınmasını təklif edib.
Bu barədə təkliflə Oyunların Təşkilat Komitəsi sədrinin müavini Endo Toşiaki çıxış edib. O bildirib ki, Oyunların təşkili ilə bağlı yekun qərar gələn ilin mart-iyun aylarında qəbul oluna bilər.
Təşkilat komitəsi sədrinin müavini qeyd edib ki, Oyunların təşkili barədə qərarın həmin dövrdə qəbulu yarışlara hazırlığın tamamilə başa çatdırılmasına imkan yaradar. Bununla yanaşı, idman federasiyaları da həmin dövrdə Oyunlar üçün seçmə turnirləri başa çatdıra bilərlər.
E.Toşiaki deyib ki, hazırda Təşkilat Komitəsi məhz bu plana uyğun şəkildə hazırlıq işlərini davam etdirir.