Pandemiyanın idmana təsirləri ilə bağlı müzakirələr aparılıb

Pandemiyanın idmana təsirləri ilə bağlı müzakirələr aparılıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Lozanna Olimpiya Muzeyində bir sıra görüşlər keçirib.​ T.Bax əvvəlcə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə fikir mübadiləsi aparıb.​​ Müzakirələr zamanı COVID-19 pandemiyasının idman yarışlarına, həmçinin futbol oyunlarına təsiri barədə danışılıb. Onlar, həmçinin koronavirusla mübarizədə idmanın rolunu xüsusi vurğulayıblar.

BOK prezidenti Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Mirinari Vatanabe ilə görüşündə də koronavirus pandemiyasının idmana təsirlərini müzakirə edib. Onlar gələn il keçiriləcək Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı müzakirələr aparıblar.