«Synergy Baku» komandası Avropa turu veloyürüşündə iştirak edəcək

«Synergy Baku» komandası Avropa turu veloyürüşündə iştirak edəcək




Azərbaycanın "Synergy Baku Cycling Project” komandasının Böyük Britaniyada keçiriləcək Avropa turunun 1.1 RideLondon Surrey Classic kateqoriyalı veloyürüşündə iştirak edəcək heyəti açıqlanıb.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (BVİ) təşkil etdiyi bu yarışda «Synergy Baku» komandasını Riko Rocers, Den Kreyven, Kristof Şvaytser, Patrik Leyn, Kirill Pozdnyakov və Konnor Makkonvi təmsil edəcəklər. Komanda Böyük Britaniyaya getməmişdən əvvəl iyulun 27-29-da BVİ-in Fransada keçiriən Avropa turunun 2.2 Kreizh Elites kateqoriyalı veloyürüşündə iştirak edib.

olimpnews.az