Biatlonçular da məşqə başladılar

Biatlonçular da məşqə başladılar

Biatlon üzrə qadınlardan ibarət Rusiya yığmasının məşqçisi Mixail Şaşilov bildirib ki, idmançılar İjevsk şəhərində təlim-məşq toplanışına başlayıblar. Biatlonistlərin koronavirus üçün verdikləri testlər neqativ çıxıb. İjevskdə əsas komanda məşq edir. Ehtiyat oyunçuların təlim məşq toplanışı isə Çaykovskidə keçirilir.

“Hər şey yaxşıdır, biz məşqlərə başlamışıq”, - deyə M.Şaşilov bildirib.
Qeyd edək ki, Rusiya komandasının İjevskdə təşkil olanan məşqləri iyulun 5-də başlayıb və 18 gün davam edəcək.