Triatlonçumuz Ukraynada ikinci oldu ​

Triatlonçumuz Ukraynada ikinci oldu ​

Triatlon​​ üzrə​​ Azərbaycan​​ millisi​​ koronavirus​​ pandemiyası​​ ilə​​ bağlı​​ fasilədən​​ sonra​​ ilk​​ yarışda​​ iştirak​​ edib.​​ Azərbaycan Triatlon Federasiyasından verilən​ məlumata görə, mövsümün bərpası idmançımız üçün uğurlu alınıb.

Təmsilçimiz Rostislav Pevtsov 50 atletin iştirak etdiyi sprint üzrə Ukrayna açıq çempionatında qüvvəsini sınayıb. Ötən il Avropanın ən yaxşı triatlonçusu seçilən milliləşdirilmiş legioner gümüş medal əldə edib.
Qeyd edək ki, koronavirus üzündən planları pozulan triatlon yığmamız bir neçə aydır Ukraynada hazırlıq keçir. Millimiz avqustun 28-30-da Estoniyanın Tartu şəhərində Avropa çempionatına hazırlığı ölkə xaricində tamamlayacaq.