Gözəl tennisçi istirahət edir

Gözəl tennisçi istirahət edir

Dünyanın keçmiş ən yaxşı tennisçisi, “Böyük Dəbilqə” turnirinin beşqat qalibi Mariya Şarapova Kaliforniyada Santa-Barbara yaxınlığında yerləşən oteldə ideal istirahətindən danışıb. Xanım idmançının şəxsi instaqram hesabında paylaşdığı fotoda M.Şarapovanın açıq pəncərə qarşısında əyləşib, ağaclarla gözəl bir mənzərə izlədiyi görünür.

“Cənubi Fransa? İtaliya? Xeyr, Kaliforniya. Yeni şəraitdə ideal istirahətin necə müəyyənləşdiriləcəyinə hələ əmin deyiləm. Lakin əgər bu, burada keçirdiyimiz bir neçə günə bənzəyirsə, o zaman bu çox xoşdur. Özümüzü təhlükəsiz hiss etməyə şərait yaratdıqları üçün Belmond El Encanto hotelinə təşəkkür edirəm”,- deyə Mariya Şarapova qeyd edib.