“Çikaqo”nun adı​ dəyişməyəcək

“Çikaqo”nun adı​ dəyişməyəcək

“Çikaqo Blekxouks” hokkey klubu ABŞ-da baş verən hadisələrə baxmayaraq, adını və ya loqosunu dəyişdirməyi planlaşdırmadığını bildirən rəsmi bəyanatla çıxış edib.

“Çikaqo Blekxouks” klubunun adı və loqosu mühüm və tarixi şəxsiyyət hesab olunan Qara Şahinin həyatını və onun yerli amerikalıların, veterenların, icitamiyyətin ilhamlandırılmasını simvollaşdırır. Biz hörmət və hörmətsizlik arasında bir incə xətt olduğunu başa düşürük və bu məsələyə dəstək olmağa hazır olduqları üçün digər komandalara təşəkkür edirik. Biz irəli hərəkət edərək, Qara Şahin haqqında məlumatlılığın artırılması və yerli amerikalıların mühüm töhfəsinin artırılmasını yüksəltməyə çalışırıq”, - deyə klubun bəyanatında bildirilir.