Avropa çempionatı ləğv olundu

Avropa çempionatı ləğv olundu

2020-ci ildə keçirilməsi gözlənilən müasir beşnövçülük üzrə Avropa çempionatı ləğv olunub. Bu barədə Rusiya müasir beşnövçülük Federasiyasının​​ rəsmi​ saytında məlumat verilib. Yarışların əvvəlcə​ iyulun​​ 2-dən​​ 6-dək Macarıstanın Sekeşfexervari şəhərində keçirilməsi planlaşdırılırdı. İyun ayında isə çempionatın sentyabr ayına təxirə salındığı bildirilmişdi. Lakin nəticə etibarı ilə​​ federasiya​​ turnirin ləğv olunduğu​​ barədə məlumat dərc edib.

Qeyd edək ki, 2019-cu ildə keçirilən Avropa çempionatı Britaniyanın Bate şəhərində təşkil olunmuşdu. Qadınların estafetində qızıl medalı Rusiya yığmasının üzvü Anastasiya Petrova və Yekaterina Xuraskina qazanmışdı.