Gələn ay triatlon üzrə Avropa çempionatı keçiriləcək

Gələn ay triatlon üzrə Avropa çempionatı keçiriləcək

Avropa Triatlon İttifaqı (ETU) avqustda üç turnirin keçiriləcəyini açıqlayıb.​ Avqustun 28-30-da Estoniyanın Tartu şəhərində Avropa çempionatı təşkil olunacaq. Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin qitə birinciliyində iştirakı nəzərdə tutulub. Avqustda, həmçinin Latviyada və Polşada yeniyetmələr arasında Avropa kuboku yarışları təşkil olunacaq.