Tokio Olimpiadasında yarışlara bilet almış azarkeşlər Oyunların 2021-ci ilə köçürülməsi ilə əlaqədar olaraq pulları geri ala biləcəklər. Bu barədə “Kyodo” agentliyi məlumat verib. Qərar Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən qəbul edilib. Qeyd edək ki, Olimpiada 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınan yarışın 2021-ci il 23 iyul-8 avqust tarixləri arasında keçirilməsi planlaşdırılıb. Tarixin dəyişdirilməsinə baxmayaraq “Tokio-2020” adı qorunub saxlanacaq.
Azarkeşlərin pulları geri qaytarılır