Yaponiya hakimiyyəti gələn il keçiriləcək Tokio Yay Olimpiya Oyunlarında iştirakçılar üçün ölkəyə giriş rejimini sadələşdirməyi düşünür.
"Kyodo" agentliyinin yaydığı xəbərdə bildirilir ki, istinadən xəbər verir ki, bu barədə ölkənin Olimpiya və Paralimpiya Oyunlarına məsul naziri Seyko Hasimoto açıqlama verib.
Hakimiyyət olimpiadanın başlaması ilə koronavirus pandemiyasının tam bitməyəcəyi ehtimalını nəzərdən keçirir. Bu səbəbdən Yaponiyanın bəzi ölkələrlə əlaqələri hələ də dayandırılılacaq. Ölkə rəhbərliyi epidemioloji vəziyyət Yaponiya tərəfinin meyarlarına cavab verməsə də, xarici idmançıların qəbul olunmasına icazə verməyi planlaşdırır.
Qeyd edək ki, Azərbaycan Tokio Yay Olimpiya Oyunlarına 15 lisenziya qazanıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.