İnsanları tribunada robotlar əvəz etdi

İnsanları tribunada robotlar əvəz etdi

Yaponiyanın “Fukuoka SoftBank Houks” beysbol klubu komanda himninin sədaları altında azarkeşlərin adətən oyundan əvvəl ifa etdikləri rəqsin hərəkətlərini təkrarlamaq üçün robotları tribunalara çıxardıblar.

Koronavirus pandemiyası səbəbi ilə Yaponiyada beysbol yarışları iyunun 19-dan etibarən​ tribunalarda tamaşaçıların olmaması şərti ilə bərpa edilib. 40 min nəfərdən çox insan tutumuna sahib olan Fukuoka Dome Stadionuna​ 40-dan çox robot dəvət edilib. İnsana bənzər «SoftBank Pepper» və «Boston Dynamik»in «Spot» it robotları tribunalarda insanları əvəz edib. Rəqs edən robotlardan bəziləri​ «Hawks»dan olan papaq ilə əllərindəki bayraqları havada dalğalandırıblar.
Qeyd edək ki, robotları istehsal edən «Pepper» həmçinin həmin klubun sahibidir. Bu robotu Yaponiya ərazisində koronavirus ilə mübarizə aparmaq üçün istifadə edirlər. Həmçinin robot koronavirusa yoluxmuş insanların yerləşdiyi otellərdə fəaliyyət göstərir.