Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus infeksiyasına görə 2021-ci ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının proqramını təsdiqləyib.
Qərar dünən BOK-un 136-cı sessiyasında qəbul edilib. Oyunların yeni cədvəli 2020-ci ildə keçirilməli olan yarışların proqramına əsasən tərtib olunub. Təqvimdə, demək olar ki, dəyişiklik edilməyib.
Qeyd edək ki, Tokio-2020 gələn ilin iyulun 23-dən avqustun 8-dək keçiriləcək.