Beynəlxalq Olimpiya Komitəsinə (BOK) prezident seçkiləri 2021-ci ilin yazında keçiriləcək.
Bu qərar iyulun 17-də BOK-un videokonfrans formatında keçirilən 136-cı iclasında qəbul edilib.
Qeyd edək ki, BOK-un prezidenti Tomas Bax ikinci müddətə qurumun prezidentliyinə namizəd olmaq qərarını açıqlayıb. Seçkilər, BOK-un Afinadakı 137-ci sessiyasında keçiriləcək. Prezidentliyə namizədlərdən ərizələrin qəbulu sessiya başlamazdan üç ay əvvəl başa çatacaq.