WBC 6 yaşlı oğlanı fəxri çempion elan etdi

WBC 6 yaşlı oğlanı fəxri çempion elan etdi

ABŞ-da 6 yaşlı Bricer Uoker kiçik bacısını itin hücumundan qoruyub.​ ​

Uoker itin bacısına tərəf qaçdığını görərək, onu bədəni ilə örtüb. İt oğlanı bir neçə yerdən dişləsə də, o, müqavimət göstərərək bacısını təhlükəsiz yerə çatdıra bilib.​
Həkimlər 6 yaşlı uşağın bədəninə 90 tikiş atıblar. O, sonradan belə deyib: "Fikirləşdim ki, itin hücumu zamanı kimsə ölməlidirsə, bu, mən olmalıyam”.​
Bu hadisə barədə məlumat sosial şəbəkədə böyük diqqət çəkib. Məşhur aktyorlar, idmançılar Uokerə yazıblar. Aktyor Kris Evans ona qalxan göndərib və belə yazıb: "Dostum, sən qəhrəmansan. Sənin kimi böyük qardaşı olduğu üçün bacın çox şanslıdır. Yəqin ki, valideynlərin səninlə qürur duyurlar”.​
Ümumdünya Boks Şurası (WBC) isə Briceri fəxri çempion elan edib.