Avqustun 4-dən 12-dək Macarıstanın paytaxtı Budapeştdə əlil arabasında qılınc oynatma üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Milli Paralimpiya komandası dünya çempionatında qılınc oynatma idman növünün hər üç növündə (Rapira, Sablya və Şpaqa) çıxış edəcək.
Çempionatda iştirak edəcək milli komandamızın heyətinə Kamal Məmmədov, Vüsalə Kərimova, Azadə Abdullayeva, Rəsul Çunayev və Azad Abbasov daxil edilib.
Qeyd edək ki, bu idman növü paralimpiya proqramında nümayiş etidirlən növ kimi bu ilin 6 ayı ərzində formalaşıb. Qarşıdakı turnir milli komandamızın təcrübəsində ilk beynəlxalq yarış hesab olunur.