Tokioda «Böyük sumo» turniri keçirilir

Tokioda «Böyük sumo» turniri keçirilir

Yaponiyanın paytaxtı Tokioda iyul ayı üzrə​ «Böyük sumo» turnirinə​ start verilib. Yarışlar Tokionun «Ryoqoku Kokuqikan» idman arenasında başlayıb.

Koronavirusun yayılma təhlükəsini azaltmaq məqsədilə​ təşkilatçılar turniri Naqoyadan Tokioya dəyişiblər. Bu, cari ilin yanvarından bəri tamaşaçıların iştirakına icazə​ verilən ilk turnir olub. Lakin ümumi tutumu 10 min nəfər olan tamaşaçı salonuna cəmi 2500 nəfər buraxılıb.
Bununla yanaşı, mütəxəssislərin rəyi nəzərə​ alınaraq, təhlükəsizliyin təmin olunması üçün bütün müvafiq tədbirlər görülüb.
Eyni zamanda, Ozeki dərəcəsindən aşağı olan güləşçilər​ əgər​ əvvəllər ictimai nəqliyyatdan istifadə​ edərək yarış yerinə​ gəlirdilərsə, bu dəfə​ onlara fərdi avtomobildən və​ ya taksidən istifadə​ etməyə​ icazə​ verilib.
Tamaşaçı salonunda dörd nəfər üçün nəzərdə​ tutulan yerlərdən yalnız birinə​ döşəkcə​ qoyulub. Azarkeşlərdən səslərini qaldırmamaları və​ yalnız​ əl çalmaları xahiş edilib.
Hakimlərə​ gəlincə​ isə, koronavirusun yayılmasının qarşısını almaq üçün onlara rinqdən kənarda oturmaq tövsiyə​ olunub.