Olimpiya çempionu Kanada gözəli seçilə​ bilər

Olimpiya çempionu Kanada gözəli seçilə​ bilər

Kanadalı fiqurlu konkisürən Qabriel Deylman öz ölkəsində​ keçirilən gözəllik müsabiqəsində​ iştirak etmək niyyətindədir. Bu barədə​ o, öz instaqram səhifəsində​ məlumat verib. «Fikrimdə​ israrlıyam. Məni sevənlərə​ yeni bir zövq yaşatmaq,​ ən gözəl addım olacaq. Mənim həyatım hamıya məlumdur. Çətin anlarım yetrincə​ çox olub. Lakin heç vaxt çətinlikdən qorxmamışam. Həyatda daim yeniliklərə​ yol açmaq lazımdır. Hesab edirəm ki, «Miss Kanada» müsabiqəsində​ iştirakım azarkeşlərim üçün sevindirici olacaq.​ Əgər qalib gəlsəm, buna görə​ məhz onlara minnətdarlıq edəcəyəm», - deyə​ Deylman bildirib.

Məlumat üçün bildirək ki, Qabriel Deylman Pxençxan-2018 Qış Olimpiya oyunlarının qızıl mükafatçısıdır.

Olimpiya çempionu Kanada gözəli seçilə​ bilər Olimpiya çempionu Kanada gözəli seçilə​ bilər