“Mişka”nın müəllifi​​ vəfat etdi

“Mişka”nın müəllifi​​ vəfat etdi

Məşhur rəssam Viktor Çijikov vəfat edib.​​ Rəssam 84 yaşında dünyasını dəyişib. O, Moskva Olimpiadasının simvolu olan "Mişka”nın müəllifi kimi məşhurlaşıb.​ ​

1980-ci ildə keçirilən Moskva Olimpiadasını 60 ölkə boykot etmişdi. Həmin ölkələr SSRİ-nin Əfqanıstana ordu yeritməsinə etiraz əlaməti olaraq bu addımı atmışdılar.​
Olimpiadada ən çox medalı da elə SSRİ idmançıları qazanmışdılar – 195 (80 qızıl, 69 gümüş, 46 bürünc).​