ABŞ-ın Atletika Federasiyası bu mövsüm milli çempionatın təxirə salındığını bəyan edib.1876-cı ildən keçirilən, hətta müharibələr zamanı belə ləğv olunmayan çempionat bu ilin sentyabr ayına planlaşdırılırdı. Lakin COVİD 19 pandemiyası səbəbi ilə federasiya çempionatın keçirilməsini təxirə salıb. “Təhlükəsizlik problemlərini aradan qaldırmaq gözlənildiyi kimi asan olmadı. Bizə ölkənin müxtəlif regionlarından olan idmançıların iştirakı ilə kütləvi tədbir keçirmək tövsiyə edilmir”, - deyə federasiyadan bildiriblər.
Turnir 2021-ci ilin iyun ayında Yujində keçirilməsi planlaşdırılır. Həmçinin 2020-ci il avqustun 14-də Monakoda təşkil olunacaq Brilliant Liqa yarışlarında ABŞ idmançılarının iştirakı da istisna deyil. Beynəlxalq Atletika Federasiyası hələki bu qərarı ləğv etməyib.