Virtual kafe” formatında videokonfrans

Virtual kafe” formatında videokonfrans

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman mediası üçün “Virtual kafe” formatında videokonfrans təşkil edib. Tədbirdə AMADA və kütləvi informasiya vasitələrini birləşdirən prinsiplər və antidopinq nəzarətinin həyata keçirilməsində mətbuatın rolu mövzularında müzakirələr aparılıb.

Vebinarda qurumun direktoru Şəfəq Hüseynli jurnalistləri maraqlandıran sualları cavablandırıb.
AMADA-nın media və kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov maaarifləndirici tədbirlərin daha çox keçiriləcəyi və bu istiqamətdə layihəyə start verəcəklərini bildirib.