Rusiya klubunda​ koronavirusa kütləvi yoluxma halı aşkarlanıb

Rusiya klubunda​ koronavirusa kütləvi yoluxma halı aşkarlanıb

Rusiyanın Kontinental Xokkey Liqasında (KXL) çıxış edən "Avanqard" klubunun​​ 20​ üzvündə koronavirus aşkarlanıb. Oyunçularla yanaşı, işçilərin də testlərinin​ nəticəsi müsbət olub. Klub infeksiyaya yoluxanların təcrid olunduğunu və əksəriyyətində simptomların olmadığını açıqlayıb.​ Qeyd edək ki,​ Kontinental Xokkey Liqasında yeni mövsümün startı sentyabrın 2-də planlaşdırılır.​