Qadın voleybolçulardan ibarət Dominikan Respublikasının heyəti açıqlanıb.Dünya Qran-prisi üçün açıqlanan siyahıda Azərbaycan çempionu Brenda Kastillo da yer alıb. Belə ki, az öncə millidən kənarlaşdırılan "Rabitə”nin liberosuna yenidən ehtiyac duyulub və o, komandaya qaytarılıb.
Qeyd edək ki, Dominikan Respublikası Qran-pridə B qrupunda yer alıb. Onlar Serbiya, Puerto-Rika və Çexiya ilə qarşılaşacaqları ilk mərhələyə ev sahibliyi də edəcəklər.