CAR-lı idmançı, 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu Ueyd van Niker koronavirusa yoluxub. 28 yaşlı idmançıdan COVİD-19 üçün götürülər test nümunələri müsbət çıxıb. Niker avqustun 1-də İtaliyanın Trieste şəhərində keçiriləcək yarışlarda iştirak etməli idi. Qeyd edək ki, 2016-cı ildə Olimpiya oyunlarının qalibi olmuş Van Niker 2 dəfə dünya çempionluğunu və 1 dəfə də dünya çempionatının gümüş mükafatını əldə edib.
Olimpiya çempionunun "müsbət nəticəsi"