Qapıçı şəhər xəstəxanasına maddi yardım edib

Qapıçı şəhər xəstəxanasına maddi yardım edib

"New York Islanders" qapıçısı İlya Sorokin Kemerovo bölgəsindəki Mejdureçensk şəhər xəstəxanasına maddi yardım edib. O, şəxsi büdcəsindən iki milyonluq vəsait xərcləyərək, xəstəxanaya lazım olan yeni tibbi ləvazimatlar təqdim edib. Qeyd edək ki, 24 yaşlı hokkeyçi ABŞ klubunda iştirak etməzdən əvvəl yerli SSKA klubunda çıxış edib.