Qadın voleybolçulardan ibarət Serbiya millisinin baş məşqçisi Zoran Terziç Dünya Qran-prisində güvənəcəyi oyunçuların adlarını müəyyənləşdirib.
Rusiyanın "Omiçka” klubuna da məşqçilik edən mütəxəssis yekun "12-liy”ə Azərbaycan Super Liqasından 2 voleybolçunu da daxil edib. Bunlar "Rabitə”nin blokçusu Nataşa Krsmanoviç və "Lokomotiv”in yeni liberosu Suzana Sebiçdir.
Qeyd edək ki, Serbiya qrup mərhələsində Dominikan Respublikası, Puerto-Rika və Çexiya ilə oyunlarda gücünü yoxlayacaq.