“İcazə vermək olmaz ki, pandemiya illərlə idmanda qazandığımız uğurları məhv etsin”
Olimpizm xəbərləri
10.08.2020, 15:44
Bu fikirləri bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qeyri- Olimpiya idman növləri üzrə federasiyaların rəsmiləri ilə görüşündə bildirib. Gənclər İdman Nazirliyinin rəsmi saytında yer alan xəbərdə qeyd olunur ki, nazir Azad Rəhimov Olimpiya idman növlərində vəziyyətin müqayisədə daha stabil olduğunu, idmançıların icazə əsasında məşqlərini qapalı şəraitdə davam edə bildiklərini diqqətə çatdıraraq, narahatlığın qeyri-olimpiya idman növləri ilə bağlı olduğunu diqqətə çatdırıb. “Mən həqiqətən çox narahatam. İdmançılarımızın məşqlərdən, idman zallarından uzaq düşmələri, artıq bəzilərinin cangüdən olaraq iş elanları yerləşdirmələri, digərlərinin taksi sürücüsü kimi fəaliyyətə başlamaları, maddi və mənəvi cəhətdən çox çətin dönəm yaşamaları haqda xəbərlər məni çox narahat edir. Düzdür idman yarışlarının və məşqlərin açıq havada keçirilməsi ilə bağlı Operativ Qərargah tərəfindən qərar verildi. Amma siz haqlı şəkildə: “Əgər zala gedə bilmiriksə, avadanlıqlardan istifadə edə bilmiriksə o zaman necə edək?” - sualını verə bilərsiniz. Mən sizi nazirliyə dəvət edirəm.” Fikirlərinin davamında Azad Rəhimov federasiyalara məşqlər üçün nazirliyin balansında olan Olimpiya İdman Komplekslərinin açıq məkanlarını təklif etməklə bərabər, eyni zamanda, koordinasiya olunmuş şəkildə şəhərin idman üçün münasib yerlərinin də təyin olunaraq orada məşqlərin mümkünlüyünü ifadə etdi. Avadanlıqlara gəldikdə isə, nazir idmançıların müəyyən olunmuş açıq məkanlarda məşqlərə başlayacaqları təqdirdə nazirliyin onları lazımi avadanlıqla təmin edə biləcəyini də söylədi. Eyni zamanda, Azad Rəhimov federasiyaların maliyyə çətinliyi ilə də üz-üzə qaldıqlarından məlumatlı olduğunu bildirib, bu problemin həlli yolları üçün federasiya rəsmilərinin nazirliyin idman növlərinə məsul şəxsləri ilə bir araya gələrək, mövcud durumu müzakirə etmələrini və bunün nəticəsində nazirliyin dəstək göstərməyə hazır olduğunu bildirdi. Görüş zamanı Azad Rəhimov beynəlxalq yarışlarda iştiraka da toxunub: “Əgər hər hansı bir ölkədə beynəlxalq yarış keçirilirsə və bu ölkəyə giriş-çıxışla bağlı heç bir məhdudiyyət yoxdursa, biz idmançının bu yarışda iştirakına dəstək ola bilərik. Amma bir şərtlə ki, yarış mötəbər və əsasnaməyə cavab verən olsun.” Çıxışının sonunda Azad Rəhimov idmançıların çox böyük bir ordu olduğunu, ən ümdəsi isə nizamlı olduqlarını söylədi. Federasiya rəhbərlərinə bu çətin pandemiya dönəmində idmançılar arasında daim maarifləndirmə işlərini aparmalarının, dövlət tərəfindən qoyulan qayda-qanunlara hər kəsin əməl etməsinin vacibliyini diqqətə çatdırıldı. Daha sonra mövzu ətrafında Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Milli Anti-dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər rəsmilər iştirak edərək, pandemiya dönəmində idmanımızın rastlaşdığı narahatlıqları, nazirlik ilə bu dönəmdə həyata keçirilən birgə əməkdaşlığı, idmançıların farmakoloji təminatını, təhsil sahəsində gözləntilərin idarə olunmasını və digər mövzuları diqqətə çatdırıb, narahatlıqlarla bağlı fikir mübadiləsi apardılar. Qeyd edək ki, iclasda 30-dan çox qeyri olimpiya idman növlərinin rəsmi və nümayəndələri iştirak edirdi. Buraya Azərbaycan Budo Döyüş Növləri Federasiyası, Azərbaycan Səmti Müəyyən Etmə Federasiyası, Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Bodibildinq və Fitnes Federasiyası, Azərbaycan Kyokuşinkaykan Kontakt Karate Federasiyası, Azərbaycan Muaytay Tayboks Federasiyası, Azərbaycan Uşu Federasiyası, Azərbaycan Aykido Federasiyası, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo döyüş növləri idman Federasiyası, Azərbaycan Ənənəvi Karate-Do Federasiyası, Azərbaycan Pouerliftinq Federasiyası, Azərbaycan Sambo Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası və digərləri daxil idi. Sonda federasiya rəsmiləri onları narahat edən mövzuları diqqətə çatdırıb, müəyyən təkliflər irəli sürdülər. Konfrans zamanı dünyasını dəyişmiş görkəmli idman xadimi, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının güləş və onun metodikası kafedrasının müdiri, Milli İdman Assosiasiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü Xanlar Qurbanov anılaraq, onun vəfatının Azərbaycan idmanı üçün ağır itki olduğu bildirildi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Boks millimiz Avropa çempionatında rekord nəticəyə imza atıb
24.09.2026, 15:07 Boks
-
Deflimpiyaçımızdan Avropa çempionatında tarixi nəticə
24.09.2026, 14:43 Güllə atıcılığı
-
Paracüdo üzrə millimiz dünya çempionatında mübarizə aparacaq
24.09.2026, 14:33 Cüdo
-
Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
24.09.2026, 13:32 Formula 1
-
Azərbaycanla Şimali Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb
24.09.2026, 13:10 Olimpiya dünyası
-
Azər Əsgərov usta cüdoçular arasında dünya çempionatında 12-ci medalını qazandı
24.09.2026, 10:02 Cüdo
-
Bu gün Formula 1 üzrə Azərbaycan Qran-Prisinə start verilir
24.09.2026, 08:41 Formula 1
-
Xüsusi Olimpiya Komitəsində məşqçilərlə görüş olub
23.09.2026, 15:41 Olimpiya dünyası
-
Futbola həsr olunan ömür
23.09.2026, 15:23 Olimpiya dünyası
-
Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb
23.09.2026, 13:33 Formula 1
-
"Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır
23.09.2026, 11:33 Basketbol
-
Şahmat millilərimiz bu gün olimpiadada növbəti görüşlərini keçirəcəklər
23.09.2026, 11:05 Şahmat
-
Millimiz Bakıda Tacikistan yığması ilə qarşılaşacaq
23.09.2026, 10:48 Futbol
-
Daha üç boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
23.09.2026, 10:32 Boks
-
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
23.09.2026, 10:09 Gündəm
-
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
22.09.2026, 22:02 Cüdo
-
Veteran cüdoçularımızdan dünya çempionatında daha iki qızıl medal
22.09.2026, 21:42 Cüdo
-
MOK-da Yunanıstanın Azərbaycandakı səfiri ilə görüş olub
22.09.2026, 16:00 MOK
-
71 yaşılı dünya çempionu: “Əsas məqsədimə çatdim”
22.09.2026, 15:23 Müsahibə
-
Cüdoçularımız kata üzrə dünya çempionatında iştirak edəcəklər
22.09.2026, 13:18 Cüdo
-
Azərbaycan - Çexiya matçına hakim təyinatları açıqlanıb
22.09.2026, 13:04 Futbol
-
AŞF rəsmisi Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
22.09.2026, 12:43 Şahmat
-
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan millilərinin növbəti rəqibləri müəyyənləşib
22.09.2026, 10:34 Şahmat
-
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazandı
22.09.2026, 10:17 Boks
-
Üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
22.09.2026, 00:19 Cüdo
-
Cəlilabadda sərbəst güləş turniri keçirilib
21.09.2026, 19:42 Güləş
-
“20 Sentyabr - Dövlət Suverenliyi Günü” münasibətilə mini futbol turniri keçirilib
21.09.2026, 17:35 Futbol
-
Azərbaycanın çimərlik voleybolçuları U-18 Avropa çempionatında iştirak ediblər
21.09.2026, 17:16 Voleybol
-
Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib
21.09.2026, 15:37 Olimpiya dünyası
-
“İdman hamı üçün” devizi altında kütləvi açıq idman tədbiri keçirilib
21.09.2026, 13:44 Olimpiya dünyası
-
Yardımlıda “20 Sentyabr - Dövlət Suverenliyi Günü”nə həsr olunmuş turnir keçirilib
21.09.2026, 12:29 Atletika
-
“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib
21.09.2026, 12:02 Olimpiya dünyası
-
Ədalət təmsilçimiz dünya çempionatına təyinat alıb
21.09.2026, 11:52 Cüdo
-
Üç boksçumuz Avropa çempionatının 1/4 finalında
21.09.2026, 11:17 Boks