Marafon: Basarkeçərdən Xankəndinə qədər 

Marafon: Basarkeçərdən Xankəndinə qədər 

ABŞ-ın “AdventureCORPS” təşkilatı 2021-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarında super bir marafon keçirməyi planlaşdırır. Bu haqda işğalçı ölkənin “FMG NEWS” beynəlxalq nəşri məlumat yayıb.
6 gün davam edəcək yarışda ən azı 10 fərqli ölkəni təmsil edən 50 idmançının iştirakı planlaşdırılır. "Artsax Ultra" yarışı Ermənistanın şimal-şərqindəki Vardenis (Basarkeçər) şəhərində başlayacaq və Xankəndində başa çatacaq. Marşrutun ümumi uzunluğu 260 km olacaq. Təşkilatçıların məqsədi Qarabağa idmançı və turist cəlb etməkdir. Onlar bu super marafonu hər il təşkil etməyi və Qarabağda macəra səyahətini inkişaf etdirməyi planlaşdırırlar.
Qeyd olunur ki, “AdventureCORPS” - Ölüm Vadisində (Kaliforniya, ABŞ) keçirilən və özünü "dünyanın ən ağır atletika yarışı" kimi təqdim edən dünya şöhrətli illik "Badwater" ultramarafonunun təşkilatçısıdır.